Millinin futbolçusu Avstriya klubunda

21 yaşadək futbolçulardan ibarət millimizin və Almaniyanın ikinci bundesliqa təmsilçisi "Bohum"un yarımmüdafiəçisi Barış Ekincier karyerasını Avstriyanın ikinci divizionunda davam etdirəcək.

Sportline.az xəbər verir ki, 20 yaşlı futbolçu "Austria Klaqenfurt" klubuna icarəyə verilib. Məlumatı klubun rəsmi saytı yayıb. O, qarşıdakı mövsümü sözügedən komandada keçirəcək.

Qeyd edək ki, U-17, U-19 və U-21 komandalarımızda ümumilikdə 9 oyun keçirən Barış 1 qol vurub.