Millinin heyətində dəyişiklik

"Yuventus"un futbolçusu Blez Matyuidi Fransa millisinin heyətindən çıxarılıb.

Sportline.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının "Tvitter" səhifəsi məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçinin İtaliya A seriyasının 12-ci turunda "Milan"la matçda zədələndiyi bildirilib. Onun əvəzinə milliyə "Arsenal"ın futbolçusu Matteo Qenduzi çağırılıb.

Qeyd edək ki, Fransa Avro-2020-nin seçmə mərhələsində noyabrın 14-ü Moldova, 3 gün sonra isə Albaniya ilə qarşılaşacaq.