Millinin heyətində dəyişiklik edildi

Bakıda təlim-məşq toplanışında olan milli komandamızın heyətində dəyişiklik edilib.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Sumqayıt" klubunun yarımmüdafiəçisi Aleksey İsayev millinin heyətindən çıxarılıb. Yarımmüdafiəçi zədələndiyi üçün baş məşqçi Nikola Yurçeviç tərəfindən yığmadan kənarlaşdırılıb.

Qeyd edək ki, millimiz "Avro-2020"nin seçmə mərhələsində martın 21-də Zaqrebdə Xorvatiya, 4 gün sonra isə Bakıda Litva yığması ilə yoldaşlıq oyununda qarşılaşacaq.