Millinin heyətində dəyişiklik edilib

Milli komandamızın heyətində dəyişiklik edilib.

Sportline.az AFFA-nın saytına istinadla xəbər verir ki, Premyer Liqanın VII turunda keçirilmiş "Neftçi" - "Səbail" oyununda zədələnən Səlahət Ağayevin əvəzinə millinin heyətinə "Sumqayıt" klubundan Mehdi Cənnətov dəvət olunub.

Xatırladaq ki, oktyabrın 9-da milli Bəhreynlə yoxlama, oktyabrın 13-də isə Macarıstanla Avro-2020-nin seçmə oyununa çıxacaq.