Millinin keçmiş müdafiəçisi "Sabah"da

"Sabah" heyəti daha bir futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, I Divizion təmsilçisi Rusiyanın "Alaniya" klubunun yetirməsi sayılan Əziz Quliyevlə anlaşıb. 

Qeyd edək ki, mövsümün ilk yarısında "Şüvəlan"da çıxış edən sol cinah müdafiəçisi "Karvan", "Neftçi", "Bakı", "İnter" (hazırkı "Keşlə"), "Tavriya" (Ukrayna) və "Kalev" (Estoniya) komandalarında da oynayıb. Vaxtilə U-21-in şərəfini qoruyan 30 yaşlı futbolçu əsas milliyə də dəvət alıb.