Millinin məşqçisi Fransaya yollanacaq

Millətlər Liqasında millimizin rəqiblərindən olan Kosovo seçməsi mart ayında Fransada iki yoxlama oyunu keçirəcək.

Sportline.az xəbər verir ki, Kosovo komandası martın 24-də Madaqaskar, üç gün sonra isə Burkina-Faso ilə qarşılaşacaq.

Bu oyunları millimizin məqşçisi də izləyəcək. Bunu millimizin baş məqşçisi Qurban Qurbanov jurnalistlərə müsahibəsində deyib. O, köməkçilərindən birini həmin oyunları izlmək üçün Fransaya gpndərəcəyini bildirib.

Xatırladaq ki, milli komandamız Millətllər Liqasında ilk oyununu Kosovaya qarşı keçirəcək. Görüş sentyabrın 7-də Bakıda olacaq.