Millinin məşqi və mətbuat konfransı

Milli komandamızın baş məşqçisi Nikola Yurçeviçin Uelslə oyunöncəsi mətbuat konfransının vaxtı açıqlanıb.

Sportline.az  xəbər verir ki, AÇ-2020-nin seçmə mərhələsinin, noyabrın 16-sı saat 21:00-da "Bakcell Arena”da keçiriləcək Azərbaycan - Uels oyunu ərəfəsində, mətbuat konfransları və mətbuat üçün açıq məşqlər təşkil olunacaq. 

15 noyabr

Azərbaycan milli komandası

Saat 19:00. Mətbuat konfransı

Saat 19:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Uels milli komandası

Saat 14:30. Mətbuat konfransı

Saat 15:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Hər iki mətbuat konfransı və məşq oyunun keçiriləcəyi "Bakcell Arena”da təşkil olunacaq.