Millinin mətbuat katibi baş menecer təyin olundu
"Zirə" klubuna baş menecer təyin olunub.
Sportline.az xəbər verir ki, mətbuat xidmətinin sabiq rəhbəri Elman Himayətoğlu bundan sonra baş menecer kimi fəaliyyət göstərəcək. O, artıq dekabrın 20-dən yeni işinə başlayıb.
Qeyd edək ki, E. Himayətoğlu buna qədər Qurban Qurbanovun milliyə baş məşqçi təyinatından sonra onun təşəbbüsü ilə yaradılan milli komandaların mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışırdı. Qurbanovun istefasından sonra bu vəzifə ləğv olunduğundan jurnalist də federasiya ilə yollarını ayırmalı olmuşdu.