Millinin növbəti məğlubiyyəti

Qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununa çıxıb.

Sportline.az xəbər verir ki, milli,  Kişinyovun “Zimbru” stadionunda Moldova komandasına 1:3 hesabı ilə uduzub.

Millimizin yeganə qollunu matçın 39-cu dəqiqəsində Alina Dorofeyeva vurub.

Qeyd edək ki, bundan əvvəl İspaniya və Çexiyaya 0:4 hesabı ilə uduzan yığmamız qrupda sonuncudur.