Millinin növbəti oyununun vaxtı bilindi

21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İsveçrə oyununun başlanma saatı müəyyənləşib.

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, oktyabrın 15-də, Sumqayıt şəhər stadionunda keçiriləcək görüşün start fiti saat 20:00-da səslənəcək.