Millinin oyunlarının vaxtı açıqlandı

21 yaşadək futbolçulardan ibarət milli komandamızın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi hər iki oyunun başlama vaxtı məlum olub.

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, seçməmizin sentyabrın 6-da Slovakiya, 10-da isə Gürcüstanla keçirəcəyi oyunlar eyni saatda start götürəcək.

"Dalğa Arena"da keçiriləcək hər iki oyun saat 20:30-da başlanacaq.