Millinin oyunlarının vaxtı bilindi

21 yaşadək futbolçulardan ibarət milli komandamızın AVRO-2021-in seçmə mərhələsindəki oyunların vaxtı açıqlanıb.

Sportline.az cədvəli təqdim edir:

2019-cu il

6 iyun

Lixtenşteyn – Azərbaycan

6 sentyabr

Azərbaycan - Slovakiya

10 sentyabr

Azərbaycan - Gürcüstan

10 oktyabr

Fransa - Azərbaycan

15 oktyabr

Azərbaycan – İsveçrə

14 noyabr

Azərbaycan – Lixtenşteyn

 

2020-ci il

26 mart

İsveçrə - Azərbaycan

7 sentyabr

Azərbaycan - Fransa

8 oktyabr

Slovakiya - Azərbaycan

13 oktyabr

Gürcüstan - Azərbaycan

Qeyd edək ki, Azərbaycan millisi Fransa, Slovakiya, İsveçrə, Gürcüstan və Lixtenşteyn yığmaları ilə birgə 2-ci qrupda yer alıb. 53 komandanın paylaşıldığı 9 qrupun qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan ən yaxşı göstəriciyə malik 8 komanda öz aralarında sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək. AVRO-2021-in meydan sahibləri Macarıstan və Sloveniya final mərhələsinə birbaşa qatılacaqlar.