Millinin oyunu FİFA referisinə həvalə olundu
20 yaşadək futbolçulardan ibarət Azərbaycan və Makedoniya millilərinin yoxlama oyununun hakimləri müəyyənləşib.
Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, "Dalğa arena"da keçiriləcək görüşü Rəhim Həsənov idarə edəcək. Onun köməkçiləri Mübahiz Haşımov və Namiq Hüseynov olacaq. Dördüncü hakim funksiyasını Nail Nağıyev yerinə yetirəcək.