Millinin oyunu kiprli hakimə həvalə olundu

19 yaşadək qızlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə qrup mərhələsində son oyununu keçirəcək. Sportline.az xəbər verir ki, "Cidade Desportiva do SC Braga" stadionunda Albaniya komandası ilə keçiriləcək görüşü idarə edəcək hakimlərin adları açıqlanıb.

Bakı vaxtı ilə saat 14:00-da başlanacaq matçı kiprli İoanna Allayiotu idarə edəcək. Ona həmyerlisi Dora Miriantea və portuqaliyalı Andreya Souza kömək edəcək.

Qarşılaşmanın 4-cü hakimi funksiyasını Portuqaliyanın digər təmsilçisi Teresa Alise Pimenta Oliveyra yerinə yetirəcək.