Millinin oyununa hakim dəyişikliyi

Qadınlardan ibarət Azərbaycan millisinin Estoniya ilə keçiriləcək yoldaşlıq oyununun hakim təyinatında dəyişiklik baş verib.

Sportline.az xəbər verir ki, Rza Məmmədov zədəli olduğuna görə, Gülyana Özcan köməkçi-hakim funksiyasını yerinə yetirəcək. Görüşün baş hakimi isə FIFA referisi Əliyar Ağayev olacaq. 

Qeyd edək ki, aprelin 6-da keçiriləcək qarşılaşma saat 12:00-da başlayacaq.

Azərbaycan – Estoniya

6 aprel. Dalğa Arena. Saat 12:00

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Gülyana Özcan

Dördüncü hakim: Yuliya Qurbanova