Millinin oyununu belaruslar idarə edəcək
Latviya - Azərbaycan yoldaşlıq görüşünün hakimləri müəyyənləşib.
Sportline.az xəbər verir ki, qarşılaşma belaruslu briqadaya həvalə olunub.
Baş hakim Denis Şerbakova Yuri Kromçanka və Andrey Xetsikov yan xətt hakimləri kimi kömək edəcək. Dördüncü hakim funksiyasını isə latviyalı Aleksandr Anufriyev yerinə yetirəcək.
Qeyd edək ki, iyunun 9-da Riqanın "Dauqava" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.