Millinin qapıçısı karyerasını bitirdi

Macarıstan millisinin sabiq qapıçısı Qabor Kiray 43 yaşında karyerasını başa vurduğunu açıqlayıb.

Sportline.az xəbər verir ki, hazırda ölkəsinin “Haladaş” klubunda çıxış edən Kiray karyerası boyunca “Herta”, “Kristal Pelas”, “Vest Hem”, “Aston Villa”, “Bernli”, “Bayer”, Münhen-1860” və “Fulhem” kimi klubların şərəfini qoruyub. Macarıstan milisində 108 oyun keçirən Qabor 2016-cı ilin Avropa çempionatında turnir tarixinin ən yaşlı oyunçusu kimi diqqət mərkəzinə düşmüşdü.