Millinin rəqibi böyük hesablı qələbəyə sevindi

Avro-2020-nin təsnifat mərhələsində millimizin rəqiblərindən olan Slovakiya komandası yoldaşlıq oyununda qüvvəsini sınayıb.

Sportline.az xəbər verir ki, Pavel Hapalın yetirmələri İordaniyanı sınağa çəkiblər.


Yoldaşlıq oyunu

Slovakiya - İordaniya - 5:1
Qollar:
 M. Al-Tamari, 39 (0:1), L. Haraslin, 50 (1:1), M. Xrien, 55 (2:1), Y. Qrequs, 71-penalti (3:1), S. Mraz, 74 (4:1), Y. Mixalik, 84 (5:1)

Qeyd edək ki, Slovakiya millisi iyunun 11-də Bakıda Azərbaycan seçməsinin qonağı olacaq.