Millinin rəqibi ciddi itki ilə üzləşib

Avro-2020-nin seçmə qrup mərhələsinin 9-cu turunda millimizin rəqibi olacaq Uels itki ilə üzləşib.

Sportline.az xəbər verir ki, Bakıda keçiriləcək oyunda Co Allen iştirak edə bilməyəcək.

29 yaşlı yarımmüdafiəçi ötən gecə Xorvatiya ilə oyunda (1:1) sarı vərəqə alaraq cəzalı duruma düşüb. 

Görüşdə komandanın lideri Qaret Beyl zədələnib. Ancaq baş məşqçi Rayn Giqqz hər üç əvəzetmədən istifadə etdiyindən "Real"ın hücumçusu sonadək meydanda qalıb. Onun yığmamızla görüşdə iştirak edib-etməyəcəyi məlum deyil.

Qeyd edək ki, Azərbaycan - Uels oyunu noyabrın 16-da keçiriləcək.