Millinin rəqibi daha bir itki ilə üzləşdi

Millimizin AVRO 2020-nin təsnifat mərhələsindəki növbəti rəqibi - Macarıstan itki ilə üzləşib.
 
Sportline.az xəbər verir ki, söhbət yarımmüdafiəçi Laslo Klaynhayslerdən gedir.

O, Xorvatiya ilə (0:3) görüşün 56-cı dəqiqəsində ikinci sarı vərəqə ilə meydandan çıxarılıb.  
 
Qeyd edək ki, Macarıstan - Azərbaycan matçı oktyabrın 13-də keçiriləcək.