Millinin rəqibi heyəti açıqladı
Macarıstan millisinin, AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycana qarşı oyunlar üçün heyəti açıqlanıb.
Sportline.az Macarıstan Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Marko Rossi, 26 futbolçuya dəvət göndərib.
Qapıçılar: Dibuş Denes ("Ferentsvaroş"), Peter Qulaşi ("Leyptsiq", Almaniya), Adam Kovaçik ("Fehervar")
Müdafiəçilər: Barat Botond ("Sportinq Kanzas", ABŞ), Beşe Barnabaş ("Havr", Fransa), Tamaş Kadar ("Dinamo" Kiyev, Ukrayna), Mihay Korhut ("Aris" Saloniki, Yunanıstan), Adam Lanq ("Omoniya", Kipr), Gerge Lovrençiç ("Ferentsvaroş"), Kristian Tamaş ("Zalegerseg"), Villi Orban ("Leyptsiq", Almaniya)
Yarımmüdafiəçilər: David Holman ("Slovan" Bratislava, Slovakiya), Laslo Klyaynhaysler ("Osiyek", Xorvatiya), İştvan Kovaç ("Fehervar"), Adam Nad ("Bristol Siti", İngiltərə), Mate Patkay ("Fehervar"), David Siger ("Ferentsvaroş"), Dominik Soboslay ("Zaltsburq", Avstriya)
Hücumçular: Balaş Cucak ("Əl-İttihad", BƏƏ), Robert Feçesin ("Uypeşt"), Filip Holender ("Luqano", İsveçrə), Dominik Nagi ("Legiya" Varşava, Polşa), Kristian Nemet ("Sportinq Kanzas", ABŞ), Roland Sallay ("Frayburq", Almaniya), Adam Salay ("Hoffenhaym", Almaniya), Roland Varqa ("Ferentsvaroş")
Qeyd edək ki, Macarıstan yığması Xorvatiya ilə oktyabrın 10-da səfərdə, Azərbaycanla isə 3 gün sonra evdə qarşılaşacaq.