Millinin rəqibi itkilərlə üzləşib
Millinin, AVRO-2020-nin seçmə mərhələsindəki rəqibi - Macarıstanın heyətində ciddi itkilər var.
Sportline.az xəbər verir ki, "Zalaeqerseq"in müdafiəçisi Tamaş Kristian və "Zalsburq"un yarımmüdafiəçisi Dominik Şoboşlay komandaya kömək edə bilməyəcək. 26 nəfərlik siyahıda adları yer alan hər iki futbolçu zədə üzündən toplanışa qatılmayıb.
Xüsusən də, Şoboşlayın yoxluğu baş məşqçi Marko Rossini narahat edir. Çünki digər yarımmüdafiəçi Adam Nad da cəzalı olduğu üçün Xorvatiya ilə matçı buraxacaq. İtaliyalı mütəxəssis "Debretsen"in orta sahə oyunçusu Ferentsi Yanoşa dəvət göndərməyi planlaşdırır.
Baş məşqçi özü də vəziyyətin ürəkaçan olmadığını etiraf edib: "Durumu ideal saya bilmərəm. Ancaq indi mənfi tərəfdən baxsam, vəziyyəti düzəldə bilmərəm. İxtiyarımda olan futbolçuların vəzifəsi meydanda əllərindən gələni etməkdi".
Qeyd edək ki, Macarıstan Xorvatiya ilə oktyabrın 10-da səfərdə, Azərbaycanla isə 3 gün sonra evdə görüşəcək.