Millinin rəqibində daha bir itki

Millinin AVRO 2020-nin təsnifat mərhələsindəki rəqibi  - Uels seçməsi daha bir itki ilə üzləşib.

Sportline.az xəbər verir ki, komandanın müdafiəçisi Co Rodon Azərbaycan və Macarıstan milli komandalarına qarşı oyunlarda iştirak edə bilməyəcək. 22 yaşlı mərkəz müdafiəçisi, "Suonsi"nin heyətində "Brentford"a qarşı oyunda (0:3) zədələnib.

Bu barədə məlumat verən "Suonsi"nin baş məşqçisi Stiv Kuper bildirib ki, topuq nayihəsindən zədə alan Rodon gələn həftə əməliyyat olunacaq. Gənc oyunçu ən azı 2 ay yaşıl meydanlardan kənar qalacaq: "Rondon xəbəri eşidəndə, az qala ağlayacaqdı. Onun evə gedəcəyini düşündüm. Amma "Kardiff Siti"ni 1:0 hesabı ilə məğlub etdiyimiz matçda sona qədər komandanın yanında qaldı”.

Qeyd edək ki, bundan əvvəl yarımmüdafiəçi Conni Uilyamsın da zədə zəbəbindən millimizlə matçı buraxacağı açıqlanmışdı. Uels yığması noyabrın 16-da Azərbaycan millisi ilə səfərdə, Macarıstan kollektivi ilə isə 3 gün sonra evdə qarşılaşacaq.