Millinin rəqibinin heyətində itki

Macarıstan millisi Azərbaycan və Uelslə keçirəcəyi Avropa çempionatının seçmə oyunları ərəfəsində itki ilə üzləşib.

Sportline.az xəbər verir ki, "Uypeşt" klubunun futbolçusu Donat Joter məşqlərin birində sıradan çıxıb. 23 yaşlı  yarımmüdafiəçi artıq millinin düşərgəsini tərk edib.

Daha 2 zədəli - Tamaş Kadar və Barnabaş Besenin isə Bakıya gələcəyi bildirilir.

Joter 2018/2019 mövsümündə "Uypeşt"in heyətində "Neftçi"yə qarşı Avropa Liqasının I təsnifat mərhələsinin hər iki görüşündə (1:3, 4:0) forma geyinib. O, Budapeştdəki qarşılaşmada qollardan birinin müəllifi olub. 

Qeyd edək ki, Macarıstan Azərbaycanla iyunun 8-də "Bakcell Arena"da üz-üzə gələcək.