Millinin sabiq baş məşqçisinin halı pisləşib

Milli komandamızın sabiq baş məşqçisi, Robert Prosineçkinin halı pisləşib. 

Sportline.az xəbər verir ki, Bosniya və Herseqovina seçməsini çalışdıran xorvatiyalı bu gün Sarayevoda xəstəxanaya yerləşdirilib.

Qarın boşluğunda problem aşkarlanan 49 yaşlı mütəxəssisin əməliyyat olunacağı bildirilib.