Millinin sabiq çalışdırıcısı yeni klubda

"Bakı” futbol klubunun və 2007-ci ildə Azərbaycan milli komandasının baş məşqçisi olmuş Gyoko Hacıyevskinin yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, makedoniyalı mütəxəssis Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” klubuna baş məşqçi təyin olunub.

Qeyd edək ki, 64 yaşlı mütəxəssis daha əvvəl, BƏƏ-nin “Əl-Darfa” klubunu çalışdırıb.