Millinin sabiq üzvü "Sumqayıt"da

"Sumqayıt” futbol klubu daha iki futbolçunu heyətinə qatmağa hazırlaşır.

Sportline.az xəbər verir ki, milli komandamızın sabiq müdafiəçisi Arif Daşdəmirov və rusiyalı cinah hücumçusu Sərdar Sərdarov komandanın məşqlərində iştirak edir.

Hər iki oyunçu ilə 1 illik müqavilə bağlanılacağı gözlənilir.

Qeyd edək ki, 31 yaşlı Daşdəmirov ötən mövsüm "Qarabağ”da çıxış edib. Mahaçqala şəhərindən olan 24 yaşlı Sərdarov isə "Yenisey”dən gəlib.