Millinin üzvü inamlı qələbədə iştirak etdi

İngiltərənin Birinci Liqasında 8-ci turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, gənclərdən ibarət milli komandamızın yarımmüdafiəçisi Serhat Taşdemirin formasını geyindiyi “Piterboro Yunayted” klubu da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Roçdeyl”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbəylə ayrılıb – 6:0.

Serhat da bu qarşılaşmanın iştirakçısı olub. O, 74-cü dəqiqədə meydana çıxıb.

“Piterboro Yunayted” 8 turdan sonra 13 xalla 24 kollektiv arasında 6-cı pillədədir.