Millinin üzvü qələbədə pay sahibi oldu

Portuqaliya Premyer Liqasında VI turun oyunları keçirilir.

Sportline.az  xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Pasuş de Ferreyra” doğma meydanda “Aveş”ə qalib gəlib – 2:1.

Dadaşov, oyunun 74-cü dəqiqəsində meydana çıxıb.

Çempionatda ilk qələbəsini qazanan "Pasuş de Ferreyra" 4 xalla yarış cədvəlinin 17-ci pilləsindədir.