Millinin sabiq üzvü Türkiyə klubunun hədəfində

"Keşlə"nin futbolçusu Sertan Taşkın Türkiyə I Liqasında yarışan "Altay" klubunun hədəfindədir.

Sportline.az xəbər verir ki, 22 yaşlı sağ cinah müdafiəçisi İzmir təmsilçisinin transfer siyahısında yer alıb. Onun namizədliyi menecerlər tərəfindən təklif olunub. Son qərarı komandanın məşqçilər heyəti verəcək.

"Keşlə"nin yetirməsi olan Taşkın hazırda əsas heyət üzvlərindən sayılır. O, indiyədək 75 oyunda 4 qol vurub və 12 dəfə Azərbaycanın U-21 yığmasında çıxış edib.

Qeyd edək ki, "Altay" mövsümün ilk yarısını 17 oyundan 17 xalla 18 komanda arasında 14-cü pillədə başa vurub.