Millinin yeni reytinqi açıqlandı

Milli komandaların növbəti reytinq cədvəli açıqlanıb.

Sportline.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan millisinin mövqeyi dəyişməyib. Xalı 1191 olan komandamız 109-cu sırada qalıb.

Millimizin Avro-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya (1625) 8-ci (-1),  Uels (1522) 23-cü (1), Slovakiya (1493) 29-cu (2), Macarıstan isə (1430) 50-ci (-5) pillədə yer alıb.

Qeyd edək ki, siyahıya 1752 xalla Belçika başçılıq edir.Fransa 1725 xalla ikinci pilləyə yüksəlib. Braziliya 1719 xalla üçüncüdür.