"Milliyə dəvət alacağım gözlənilən idi" - Mirabdulla Abbasov
"Milliyə dəvət alacağım gözlənilən idi, amma yüz faiz heç nə bilinmirdi. Bu barədə mətbuatda müxtəlif məlumatlara rast gəlmişdim. Nəhayət, rəsmiləşdi”.
SportLine.az xəbər verir ki, bunu "Report”a Azərbaycanın əsas milli komandasına ilk dəfə dəvət alan "Neftçi”nin futbolçusu Mirabdulla Abbasov deyib. 23 yaşlı hücumçu bildirib ki, yığmada hər bir oyunçunun arzusudur: "İlk dəfədir milliyə çağırılıram. Orada möhkəmlənmək, davamlı oynamaq üçün əlimdən gələni edəcəyəm. Qarşıda iki həlledici oyunumuz var. Komandamız həm Farer adalarına, həm də Kosovoya qalib gələcək gücdədir. Bu tapşırığın öhdəsindən gələcəyimizi düşünürəm”.
Qeyd edək ki, Mirabdulla Abbasov cari çempionatda 5 qol vurub. D liqasında III qrupda yer alan Azərbayca yığması 6 xalla 2-ci pillədə qərarlaşıb və lider Kosovodan 2 xal geri qalır. Farer adalarının 4, Maltanın isə 2 xalı var.