Milliyə türkiyəli futbolçu dəvət olunub

AFFA "Kayserispor"un futbolçusu  Hasan Hüseyn Acarı milliləşdirmək istəyir.

Sportline.az xəbər verir ki, bu barədə 24 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. O, AFFA-dan təklif aldığını bildirib. Hasan yığmamızda oynamağa müsbət baxdığını söyləyib:

"Mənə təklif göndərildiyi doğrudur. Bu barədə düşünürəm. Azərbaycan millisində oynamağa müsbət baxıram. Türkiyə millisində oynamaq istəyərəm, amma Azərbaycan yığmasında çıxış etmək də qürur verər".

Qeyd edək ki, Hasan Hüseyin Acar ötən yay “Eskişehirspor”dan “Kayserispor”a keçib. O, ötən mövsüm Türkiyə Superliqasında 17 matçda 3 qol vurub.

qol.az