Milner: "Messi qeyri-adi oyunçudur"

“Liverpul”un futbolçusu Ceyms Milner “Barselona”nın kapitanı Lionel Messi haqda maraqlı açıqlama verib.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi meydanda argetinalı hücumçu ilə bacarmaq mümkün olmadığını deyib:

“Onunla daim meydanda birgə qaçmaq çox çətindir. Adamı axmaq edir. Ötən mövsüm Çempionlar Liqasında bizə cərimə zərbəsindən vurduğu qol, onun necə qeyri-adi  bir oyunçu olduğunu göstərir”.