Minamino "Liverpul"a keçə bilər

"Liverpul" Avstriyanın "Zaltsburq" klubundan Takumi Minaminonu heyətinə qatmağa hazırlaşır.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi qış transfer pəncərəsində Yaponiya millisinin futbolçusu ilə müqavilə bağlayacaq. 24 yaşlı hücumçu üçün 8 milyon avro ödənəcək.

Minamino bu mövsüm Avstriya çempionatında iştirak etdiyi 15 oyunda 5 qol və 5 məhsuldar ötürmə edib.