Miroslav Stoh PAOK-da

Yunanıstanı Çempionlar Liqasında təmsil edəcək PAOK güclü heyət qurmağa çalışır.

Sportline.az xəbər verir ki, Saloniki təmsilçisi Slaviya "Sparta"sının yarımmüdafiəçisi Miroslav Stohu transfer edib. Bu keçid üçün Yunanıstan klubu 1 milyon avrosundan keçib. Slovakiya millisinin üzvü illik 1,5 milyon avro maaş alacaq.

Stoh ötən mövsüm Çexiya çempionatında 28 oyuna 12 qol vurub, 10 assist edib. 29 yaşlı futbolçu 2017-ci ildə "Fənərbağça"dan "Slaviya"ya keçmişdi.