Mirzəbəyovun yeni klubu müəyyənləşdi

"Neftçi" ilə yolları ayrılan Məhəmməd Mirzəbəyovun yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, müdafiəçi karyerasını "Sabah"da davam etdirəcək.

Artıq tərəflər arasında razılıq əldə olunub. Yaxın günlərdə 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, bu, "Sabah"ın mövsümlərarası fasilədə ilk transferidir.