Mişel Platini pulunu istəyir

UEFA-nın sabiq prezidenti Mişel Platini maaş borcunun ödənilməsi üçün məhkəməyə müraciət edib.

Sportline.az Fransa mətbuatına istinadən xəbər verir ki, o, təşkilatın ona ümumilikdə 7.2 milyon avro (5.5 milyon avro əməkhaqqı borcu) ödəməsini istəyir.

Qeyd edək ki, Mişel Platini UEFA-ya 2007-2015-ci illərdə rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası korrupsiyada ittiham olunan veteran futbolçunu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Sonradan bu cəza 4 ilə qədər azaldılıb. və bu ilin oktybarında başa çatıb.