Misir futbolunda inqilabi qərarlar

Misir seçmə komandasının Afrika Millətlər Kubokunun 1/8 finalında CAR-a məğlubiyyəti baş məşqçisi Xavyer Aqirrenin istefası ilə nəticələnib. 

Sportline.az xəbər verir ki, Aqirre ilə yanaşı, Misir Futbol Federasiyasının prezidenti Xani Abi Ridanın da tutduğu postdan ayrıldığı bildirilir.

Aqirre DÇ-2018-dən sonra Misir millisinə baş məşqçi təyin olunmuşdu. Misir millisi sonuncu dəfə 2004-cü ildə Afrika Millətlər Kubokunda 1/4 finala yüksələ bilməmişdi.