Lider MOİK-dən növbəti qələbə

Futbol üzrə Azərbaycan I Divizionunda XXII tura yekun vurulub.

Sportline.az xəbər verir ki, "Keşlə - 2"ni 2:1 hesabıyla məğlub edən MOİK liderliyini davam etdirir.

MOİK 2:1 “Keşlə-2”
Qollar: Orxan Həsənov, 16 (1:0); İbrahim Qədirzadə, 63 (2:0), Nurlan Quliyev, 74 (2:1).