"Monako" "Real"la "Barselona"nı üstələdi

Son 10 ildə futbolçu satışından ən çox gəlir əldə edən klubun adı müəyyənləşib.

Sportline.az xəbər verir ki, İsveçrənin “CIES Football Observatory” şirkətinin araşdırmasına əsasən, Fransa "Monako"su 1 milyard 29 milyon avro ilə ilk pillədə qərarlaşıb.

İngiltərə "Çelsi"si 868 milyon avro ilə ikinci, İtaliya "Yuventus"u isə 787 milyon avro ilə üçüncü yerdədir.

1. "Monako" (Fransa) - 1, 29 milyard avro

2. "Çelsi" (İngiltərə) - 868 milyon avro

3. "Yuventus" (İtaliya) - 787 milyon avro

4. "Benfika" (Portuqaliya) - 780 milyon avro

5. "Real Madrid" - 763 milyon avro

6. "Atletiko" (İspaniya) - 754 milyon avro

7-8. "Roma" (İtaliya) - 726 milyon avro

7-8. "Barselona" (İspaniya) - 726 milyon avro

9. "Liverpul" (ingiltərə) - 716 milyon avro

10. "Borussiya" (Dortmund, Almaniya) - 678 milyon avro

Qeyd edək ki, araşdırmalar 2010 - 2019-cu illəri əhatə edib.