"Monako"dan ilk oyunda məğlubiyyət
Fransa çempionatında yeni mövsüm başlayıb.
Sportline.az xəbər verir ki, açılış oyununda "Monako" "Lion"u qəbul edib. Matç qonaq komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Monako" - "Lion" - 0:3
Qollar: Mussa Dembele, 5, Memfis Depay, 36, Lukas Tousart, 80
Qırmızı vərəqə: Sesk Fabregas, 30 ("Monako")
Qeyd edək ki, turun digər matçları 10-11 avqust tarixlərində keçiriləcək.