Morata bu hərəkətinə görə cəzalanacaq

İngiltərə Premyer Liqasında ötən gün keçirilən "Çelsi" - "Kristal Pelas" oyununda "zadəganlar"ın hücumçusu Alvaro Morata hakimə qarşı kobudluqla yadda qalıb. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, futbolçu oyun vaxtı bu hərəkətinə görə cəzalandırılmasa da, onun İngiltərə Futbol Federasiyası tərəfindən tənbeh olunacağı gözlənilir. İntizam Komitəsinin futbolçuya iki oyunluq cəza verəcəyi ehtimal olunur.

Qeyd edək ki, "Çelsi"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşan görüşdə A.Morata yan xətt hakiminə etirazını kobud şəkildə bildirib.