Moratanın mənzili qarət olunub

Futbol üzrə İspaniya komandasının oyunçusu Alvaro Moratanın mənzili qarət edilib

Sportline.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Qeyd edilir ki, hadisə futbolçu AVRO-2020-nin seçmə mərhələsində keçirilən matçda olan zaman baş verib. Belə ki, silahlı cinayətkarlar idmançının evinə soxulublar. Qarətçilər evdən bahalı əşyalar oğurlayıblar.

Məlumatda bildirilir ki, futbolçunun xanımı övladları hadisə zamanı evdə olublar. Lakin onlardan heç kim zərər çəkməyib. 

Daha əvvəl Moratanın dublu "Atletiko"ya qələbə qazandırıb.