Moskva "Spartak"ı ona tapşırıldı

Moskva "Spartak"ı yeni baş məşqçisinə qovuşub.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi tanınmış mütəxəssis Oleq Kononova həvalə olunub. Kononov, bu vəzifədə ötən ay istefaya göndərilən italiyalı Massimo Karreranı əvəzləyib.Hələlik müqavilə müddəti və şərtləri haqda məlumat verilmir.

Qeyd edək ki, 52 yaşlı Kononov, Tula "Arsenal"ı, "Axmat", "Krasnodar" və "Şerif"in də baş məşqçisi kimi fəaliyyət göstərib.