Ayaz Quliyev oynadı, Moskva "Spartak"ı xal itirdi

Rusiya çempionatında 26-cı turun son oyunları keçirilib.

Sportlin.az xəbər verir ki, ötən mövsümün bürünc mükafatçısı “Spartak” yerli azarkeşlər önündə Kazanın “Rubin” komandasını qəbul edib.

İlk dəqiqələrdən üstünlüyə yiyələnən Moskva klubu fasiləyədək rəqib qapısına yol tapıb. 23-cü dəqiqədə Fernando fərqlənib. İkinci hissədə hücumlarını gücləndirən qonaqlar son dəqiqələrdə tarazlığı bərpa ediblər. İqor Sorokin komandasını məğlubiyyətdən qurtarıb. 1-1.

“Spartak” 40 xalla ilk 5-liyi tamamlayır. Hesabında 32 xal olan “Rubin” isə 11-ci pillədədir.