Moskva "Spartak"ının futbolçusu Bakıda
Rusiyanın "Spartak" klubunun qapıçısı Artyom Rebrov ailəsi ilə birgə Azərbaycana gəlib.
Sportline.az xəbər verir ki, onu Bakıya azərbaycanlı dostu dəvət edib. 34 yaşlı futbolçu bir sıra yerləri ziyarət edib. O, şəxsi "Instagram" səhifəsində Bakının Məhəmmədi kəndindəki "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğundan paylaşım edib.
Rusiyalı qolkiper eyni zamanda "Spartak" fan-klubunun Bakıdakı üzvləri ilə də görüşüb. Rebrov bu fanklubla görüşə dəvətin xoş sürpriz olduğunu və azarkeşlərə təşəkkürünü bildirib. O, azərbaycanlı fanatlarla ünsiyyətdən məmnunluğunu dilə gətirib. Bundan başqa Rebrov hazırda "Neftçi" klubunda çıxış edən sabiq komanda yoldaşı Emin Mahmudovla da görüşüb.
Qeyd edək ki, Artyom Rebrov "Spartak"da 2011-ci ildən çıxış edir. O, 1 dəfə Rusiya yığmasında forma geyinib.
sportnet.az