Moskva klubu yenə Şeydayevə ehtiyac duymadı

Rusiya Premyer Liqasında 14-cü turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin çıxış etdiyi  Moskva “Dinamo”su səfərdə SSKA ilə üz-üzə gəlib. Paytaxt derbisi qonaqların qələbəsi ilə başa çatıb – 1:0.
 
Ramil bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

14 turdan sonra "Dinamo" 14 xalla 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.