MOTO GP üzrə dünya çempionatında daha bir mərhələ yekunlaşdı

Moto GP üzrə dünya çempionatında Kataloniya Qran-prisinin əsas mərhələsi yekunlaşıb.

Sportline.az xəbər verir ki, İtaliyanın “Aprilla” və “Dukati”, Yaponiyanın “Honda”, “Yamaha” və “Suzuki”, eləcə də Avstriyanın KTM komandasının tərkibində 25 pilot qalib adı uğrunda mübarizə aparıb.

İştirakçılar Kataloniya avtodromumda 24 dövrə olmaqla ümumilikdə 113,4 km məsafə qət ediblər. Rəqiblərindən daha sürətli olan ispaniyalı Mark Markes 140 xalla Qran-prinin qalibi olub. Ondan 37 xal geri qalan “Dukati” komandasının üzvü , italiyalı Andrea Doviçiozo ikinci, “Suzuki” kollektivinin ispaniyalı motosikletçisi Aleks Rins isə 101 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, mövsümün 8-ci yarışı iyunun 30-da Hollandiyada başlanacaq.