Mourinyo 27 milyon avro təzminat alacaq

Joze Mourinyonu istefaya göndərən "Mançester Yunayted" rəhbərliyi xərcə düşüb. SportLine.az "The Sun"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" mütəxəssisə təzminat məbləği ödəməlidirlər.

2020-ci ilin yayına qədər "Mançester Yunayted"lə müqaviləsi olan portuqaliyalıya 24 milyon funt-sterlinq (təqribən, 27 milyon avro) təzminat ödəniləcək. 

Qeyd edək ki, J.Mourinyo 2016-cı ildən "Mançester Yunayted"də fəaliyyət göstərirdi.